ABŞ “Tomahawk”lardan imtina edə bilər

2018/05/234234_1527150710.jpg
Oxunub: 4261     16:30     24 May 2018    
ABŞ yaxın zamanlarda “Tomahawk” qanadlı raketlərinin istehsalı və istifadəsindən imtina edə bilər.

Ordu.az “Defense One” nəşrinə istiandən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin büdcə layihəsinin müzakirəsində qeyd olunub.

Məlumata görə, hələ 1980-ci illərin ortalarında hazırlanan “Tomahawk” raketləri artıq müasir hava hücumundan və raket hücumundan müdafiə kompeksləri üçün asan dəf edilən vasitəyə çevrilir.

Qeyd edilir ki, hazırda ABŞ mütəxəssisləri yeni nəsil raketlər - NGLAW (Next Generation Land Attack Weapon) və LRASM (Long Range Anti-Ship Missile) hazırlayırlar, məhz bu raketlərlə “Tomahawk”ların əvəzlənməsi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tomahawk  


Bizi "telegram"da izləyin