Rusiya Çini Su-35S-lərlə təchiz edəcək

2018/05/34565_1527149598.jpg
Oxunub: 2585     16:12     24 May 2018    
Rusiya 2018-ci il çərçivəsində Çini 10 ədəd Su-35S çoxməqsədli reaktiv qırıcıları ilə təchiz edəcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda “Rostex”in stendində bildirilir.

“2016-cı ildə Çin üçün 4 ədəd Su-35S qırıcısı tikilib və təhvil verib. 2017-ci ildə Çin daha 10 ədəd Su-35S qırıcısı ilə təchiz edilib. 2018-ci ildə də Çin üçün 10 ədəd Su-35S qırıcısının tikilərək təhvil verilməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Rusiya və Çin arasında Su-35S-lərə dair müqavilə 2015-ci ildə imzalanıb. Müqavilə 24 qırıcının təchizatını nəzərdə tutur, ümumi qiyməti isə 2,5 milyard dollar təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Çin   Su-35S  


Bizi "telegram"da izləyin