Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ bəyan edib.
O, bu barədə Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşlərin bitməsindən sonra keçirilən mətbuat konfrasında bildirib.
“Çin ABŞ və KXDR liderlərinin davranışını dəstəkləyir. Biz hər şeyin planlaşdırılan kimi keçəcəyinə, danışıqların məhsuldar olacağına və nəticə gətirəcəyinə ümidvarıq”, - deyə Van İ açıqlayıb.
O qeyd edib ki, Tramp və Kim Çen In imkan və müdrikliyinin Koreya yarımadasına sülh gətirmək üçün yetərli ola biləcəyinə ümidvardır.
Ağalar Qəribov
Ordu.az