ABŞ Rusiya sərhədləri yaxınlığında – Baltikyanı ölkələr, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstanda iriqamiqyaslı təlimlər keçirməyi planlaşdırır.
Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropadakı nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Belçikadan Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə hərbi texnika göndərməsi məhz bu məqsədə xidmət edir.
Qoşunların bir hissəsi avtomobil və dəmir yolları ilə göndəriləcək. Təlimlərdə həmçinin daha öncə bu məqsədlər üçün istifadə edilməyən su nəqliyyatları da istifadə ediləcək.
Daha sonra bu texnikaların bir hissəsi iyunun 3-dən 15-dək Baltikyanı ölkələr və Polşada keçiriləcək “Sabri Strike” hərbi təlimlərində iştirak edəcək.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ-Rusiya
Təlimlər