Ordu.az “Kazinform” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “Kazspetseksport” şirkətinin baş direktoru Arman Ramazanov “KADEX-2018” beynəlxalq sərgisində bəyan edib.
“Artıq Su-30SM qırıcılarının təchizatına dair müqavilə imzalamışıq. Bu təchizat Qazaxıstan Hərbi Hava Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə atıracaq”, - deyə Ramazanov bildirib.
O qeyd edib ki, hazırda Rusiya və Qazaxıstan arasında Buk-M2E zenit raket komplekslərinin təchizatına dair məsələ müzakirə edilir.
Ağalar Qəribov
Ordu.az