Çin XİN: ABŞ-ın Pekini hərbi təlimlərə dəvət etməsi qeyri-konstruktivdir

2018/05/1774-Van-İ_1527141986.jpg
Oxunub: 2322     13:59     24 May 2018    
“Pekin hesab edir ki, Vaşinqtonun Çini ABŞ-ın komandanlığı altında keçiriləcək RIMPAC hərbi dəniz təlimlərində iştiraka dəvət etməsi qeyri-konstruktiv addımdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Çin xarici işlər naziri Van İ bəyan edib.

O, bu barədə Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Pentaqonun Çin Silahlı Qüvvələrini RIMPAC təlimlərində iştirak etməyə dair dəvətinə gəlincə isə, biz bunu aşırı dərəcədə qeyri-konstruktiv addım kimi qiymətləndiririk”, - deyə Van İ vurğulayıb.

O qeyd edib ki, ABŞ və Çin güclü dövlətlərdir və dənizdə əməkdaşlıq edə bilər, lakin Pekin Vaşinqtonun komandanlıq etdiyi hərbi təlimlərdə iştirak etməyə hazırlaşmır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   RIMPAC  


Bizi "telegram"da izləyin