İran nüvə müqaviləsinin saxlanması üçün 7 şərt irəli sürüb

2018/05/2319-Əli-Xamenei_1527140761.jpg
Oxunub: 2134     13:41     24 May 2018    
İran nüvə müqaviləsində qalması üçün Avropa ölkələrinə qarşı 7 şərt irəli sürüb.

Ordu.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, bu tələblər İranın ali dini lideri Əli Xamenei tərəfindən hökumətin 3 qolunun nümayəndələri ilə görüş çərçivəsində irəli sürüb.

Bu tələblər arasında Avropa banklarının İranla ticarət əməkdaşlığını davam etdirməsi, Avropa İttifaqının İran neftinin satışına dair zəmanət verməsi də var.

“Biz Fransa, Almaniya və Britaniya ilə müharibə etmək istəmirik, lakin tarixin dəfələrlə göstərdiyi kimi, Avropa ABŞ-ın izi iə gedir. Bu səbəbdən Avropa İttifaqı ölkələri sükutu pozmalı və nüvə müqaviləsinə sadiq qaldıqlarını nümayiş etdirməlidir. Avropa ölkələri tərəfindən azacıq yubanma olarsa, İranın özünün nüvə müqaviləsindəki fəaliyyətini sonlandıracaq”, - deyə Xamenei açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran     ABŞ   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin