AŞPA Hibrid müharibə ilə bağlı qətnamə qəbul edib

2018/05/received_2544871605738992_1527099985.jpeg
Oxunub: 4351     02:30     24 May 2018    
“Hibrid müharibə” anlayışı Qərb təhlükəsizlik leksikonuna son bir neçə ildə daxil olub. Anlayış artıq NATO və Aİ-nin siyasi instrumentlərində yer alır. ABŞ-ın 2017-ci il dekabrında açıqlanmış Milli Təhlükəsizlik Strategiyasında hibrid müharibəyə toxunulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası onunla bağlı 2217 saylı qətnaməni qəbul edib.

2217 saylı qətnamədə hibrid müharibə anlayışı hərbi və qeyri-hərbi vasitələrin kombinasiyasına edilən təhdid kimi ifadə edilir. Onun taktikaları arasında kiber hücumlar, dezinformasiya kampaniyası, insanlar arasında təşvişin artırılması və s. üsullar göstərilir.

Qətnamədə hibrid müharibənin yerli və beynəlxalq normaları, insan hüquqlarını pozduğu qeyd edilib. Xüsusilə bir dövlət başqa bir dövlətə qarşı hibrid müharibə apardığı təqdirdə hücuma məruz qalan dövlətin BMT-nin 51-ci maddəsinin işə salması hüququ tanınıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞPA   Hibrid-müharibəHibrid-müharibə  


Bizi "telegram"da izləyin