“Thales Alenia” “Spacebus Neo”nu kosmosa göndərməyə hazırlaşır

2018/05/received_2544877612405058_1527098858.png
Oxunub: 4214     02:05     24 May 2018    
“Thales Alenia” “Spacebus Neo”nun kosmosa göndərilməsi üçün əsas işlərin tamamlandığını elan edib.

Ordu.az “Thales Group”un rəsmi internet saytına istinadən xəbər verir ki, şirkət yaxın günlərdə yeni telekommunikasiya peykini orbitə göndərəcək.

“Thales”in bu layihəsi Avropa Kosmos Agentliyi (ESA) tərəfindən də dəstəklənir. Agentliyin Telekommunikasiya Sistemləri üzrə Qabaqcıl tədqiqatlar bölməsi və Fransanın kosmos agentliyi peykin atışa hazırlanması üzrə işlərin həyata keçirilməsinə yardım göstərib.

“Thales Group”un məlumatına görə, “Spacebus Neo”nun ilk buraxılışının 2019-cu ilin əvvəlində baş tutması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales-Alenia   Spacebus-Neo  


Bizi "telegram"da izləyin