Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın DÖvlət Departamenti Seul və Tokionun Amerikanın müdafiə məhsullarına nə qədə xərclədiyini açıqlayıb.
Məlumata görə, 2000-2017-ci illər aralığında Cənubi Koreya Amerika firmaları ilə 26 milyard dollarlıq müqavilə imzalayıb. Lakin bunun yarısı son dörd ildə imzalanıb. Həmin 4 il ərzində Koreya ordusu ABŞ-dan 13 milyard dollardan da çox dəyər tutan müdafiə məhsulları, təlim və xidmətlər qəbul edib.
Rəqəmin qısa zamanda bu qədər yüksəlməsinin səbəbi isə F-35 qırıcıları, “Global Hawk” PUA-sı, KF-16 təyyarəsinin yenilənməsi, “Aegis” döyüş sistemləri, “PAC-3”, “Harpoon” raketləri və AH-64E hücum helikopterlərinin alınması olub.
Tokio isə eyni dövrdə ABŞ şirkətləri ilə 19 milyard dollar dəyərində müqavilə imzalayıb. Bu satınalmaların əsasını təşkil edən avadanlıqlar əsasən Cənubi Koreya ilə eynidir.
Ağalar Ağalarlı
Ordu.az