Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlcəzair Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müqavilənin ümumi qiyməti 180 milyon dollar təşkil edir. Bu qiymətə gəmilərə texniki xidmətin göstərilməsi, o cümlədən təlimatlandırma da daxildir.
22160 layihəsinin ilk gəmisinin Əlcəzairə 2018-ci ilin sentyabrında veriləcəyi planlaşdırılır, digər 3 gəmi qarşıdakı illər ərzində veriləcək.
Ağalar Qəribov
Ordu.az