İtaliya Livan ordusu və təhlükəsizlik xidmətlərini 2,4 milyon dollar dəyərində ləvazimat və təlimlə təmin edəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İtaliyanın Beyrutdakı səfiri Massimo Marotti bildirib.
Marotti bu barədə Livan prezidenti Mişel Aounla görüşdə danışıb. O, ölkəsinin Livanın təhlükəsizliyi və sabitliyi üçün səylərini davam etdirəcəyini vəd edib.
Ağalar Ağalarlı`
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İtaliya
Livan
Hərbi-yardım