Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, oyunlardan biri olan “Desant bölüyü” konkursunda ilk dəfə Pakistan, Əlcəzair və Sudandan olan hərbi qulluqçular iştirak edəcək.
Debütantlarla yanaşı Çin, Venesuela və Rusiyada olan komandalar da qalib adı uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, “ArMİ-2018” oyunları iyulun 28-dən avqustun 11-dək Pskov vilayətinin “Strugi Krasnıye” və “Zaveliçye” poliqonlarında keçiriləcək.
Ağalar Qəribov
Ordu.az