Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə modulları istehsal edən “Uralvaqonzavod” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Yeni muxtar robot kompleksi bütövlükdə milli tərkib hissələrində hazırlanıb. Döyüş modulu məsafədən idarəolunma xüsusiyyətinə malikdir və xarici analoqlardan fərqli olaraq -60 dərəcə Selsidən +50 dərəcə Selsiyədək işləməyə qadirdir.
Aqreqatın xarici analoqlarından daha bir fərqi ucuz olması və yığcamlığıdır, məhz bu səbəbdən onun öz rəqbilərini bazardan sıxışdırıb çıxaracağı şübhə doğurmur.
Ağalar Qəribov
Ordu.az