XAO-nun komandirləri müasir müharibəyə hazırlığı yoxlayıblar

2018/05/198496_1527082751.jpg
Oxunub: 4506     21:38     23 May 2018    
Xalq Azadlıq Ordusunun quru qoşunlarının dörd yüzdən çox komandiri Xincianq regionunda təlim sessiyasında bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sessiya zamanı komandirlər müasir quru müharibə texnikalarına fokuslanıblar.

Məlumata görə, Xincianqın Korla şəhərində həyata keçirilən sessiya 4 gün davam edəcək. Təlim sessiyasında əsasən gələcək müharibə ssenarilərinin simulyasiyası, cəld reaksiya öyrəniləcək və hərbi hazırlığın qiymətləndirilməsinə dair müzakirələr aparılacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XAO   Çin   Təlim  


Bizi "telegram"da izləyin