Ordu.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, komandaya rəhbərlik edən analitik Cefri Levis İranın uzaq mənzilli raket proqramının gözlənildiyindən daha çox inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bazada işlər adətən gecə vaxtı həyata keçirilir və əsasən raket mühərrikləri ilə yanacağına diqqət ayrılır. Onların analizində burada uzaq mənzilli raket texnologiyasının təkmilləşdirildiyi iddia olunur.
Uzaq mənzilli raket proqramı İran sazişinin pozulması mənasına gəlir. “The New York Times” isə bazanın hazırda mövcud olan orta mənzilli raketlərin gücləndirilməsi üçün istifadə edilə biləcəyini qeyd etsə də, buradakı işlərin niyə gizli aparılması aydın deyil.
Ağalar Ağalarlı
Ordu.az