“Britaniya “Taliban”la danışıqlara getməlidir” – Qavin Uilyamson

2018/05/thumbs_b_c_9a79e442cef4f07fd193f01d30543cf0_1527081738.jpg
Oxunub: 3261     21:20     23 May 2018    
“Birləşmiş Krallıq Əfqanıstanda sülhün bərqərar edilməsində uzun müddətli həll yolunun tapılması üçün “Taliban”la danışıqlara getməlidir”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Müdafiə naziri Qavin Uilyamson səsləndirib.

O, Əfqanıstanda sülh və stabilliyin təmin edilməsinin Birləşmiş Krallığın həyati maraqları arasında yer aldığını ifadə edib və ölkədə bu ilin sonlarında keçirilməsi planlaşdırılan seçkilər zamanı təhlükəsizliyin təmin edilməsi üçün səylərin gücləndiriləcəyini vəd edib.

“Mən tam əminəm ki, Əfqanıstandakı münaqişənin yeganə həlli siyasidir və buna əfqanlar özləri rəhbərlik etməlidir. Əfqanıstanın gələcəyi dialoqlar zamanı müəyyən edilməlidir”, - deyə nazir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin