Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy bəyan edib.
“Terrorçuların Dəməşq və onun ətrafındakı son sığınacağı Fələstin qaçqınlarının keçmiş Yarmuk düşərgəsi idi, o, Suriyanın müxtəlif bölgələrində məhv edilən İŞİD terrorçularının əsas sığınacağına çevrilmişdi”, - deyə Rudskoy bildirib.
O qeyd edib ki, İŞİD-in Yarmukda məhv edilməsi ilə Dəməşq və onun ətrafı bütövlükdə bu terror qruplaşmasından təmizlənmiş olub. Artıq əraziyə nəzarəti Suriya ordusu həyata keçirir.
Ağalar Qəribov
Ordu.az