Poroşenko “Javelin”lərin sınaqlarına baş çəkib

2018/05/345_1527079808.jpg
Oxunub: 4327     20:47     23 May 2018    
Ukrayna prezidenti Petro Poroşenko “Javelin”lərin sınaqdan keçirildiyi hərbi poliqonlardan birinə baş çəkib.

Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidəti məlumat yayıb.

Poroşenko sınaqları izlədikdən sonra qeyd edib ki, “Javelin” tank əleyhinə raket komplekslərinin Ukrayna Silahlı Qüvvələrinin imkanlarını artırdığından əmindir.

“Amerikalı dostlarımızdan alınan “Javelin”lər müdafiə xarakterlidir və yalnız speratçıların hücumu halında tətbiq ediləcək”, - deyə Ukrayna prezidenti bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poroşenko   Javelin  


Bizi "telegram"da izləyin