ABŞ İran komandirlərinə qarşı sanksiyalar qəbul edib

2018/05/Iran-missle-2_1527079629.jpg
Oxunub: 4020     20:46     23 May 2018    
ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək çinli zabitlərinə qarşı sanksiyalar qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiyaya ümumilikdə 5 iranlı, o cümlədən 2 zabit məruz qalıb. Sanksiyalara məruz qalan şəxslər İranın nüvə proqramı ilə əlaqəlidirlər. Belə ki, onlardan biri İran Hərbi Kosmik Qüvvələrinin komandanı Mahmud Bagəri Kazamabad, digəri isə onun müavini Ağa Cəffəridir. Kazamabad İranda yalnız ölkənin ali dini lideri Əli Xamneyiyə tabedir.

Qeyd edək ki, ABŞ qeyd edilən şəxslərə qarşı sanksiyaları onların husilərlə əlaqələrdə şübhəli bilinmələri ilə əsaslandırır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran  


Bizi "telegram"da izləyin