Rusiya Qazaxıstanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırdır

2018/05/546456_1527079187.jpg
Oxunub: 4421     20:38     23 May 2018    
“Rusiya Qazaxıstanla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığı genişlərdirilməsində maraqlıdır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüş çərçivəsində bəyan edib.

“Rusiyada əlaqələrin yalnız ikitərəfli deyil, inteqrasiya strukturları çərçivəsində həyata keçirilməsinə müsbət yanaşılır. Bununla belə, müdafiə sahəsində Qazaxıstanla hərbi-texniki əməkdaşlıq Rusiya üçün prioritetlərdəndir”, - deyə Şoyqu bildirib.

O qeyd edib ki, hazırda Rusiya və Qazaxıstanın vahid hava hücumundan müdafiə sistemi təkmilləşdirlir, güzəştli şərtlərlə silah təchizatı həyata keçirilir və Rusiyanın ən yaxşı hərbi univeristetlərində Qazaxıstan hərbçilərinin tədrisi icra olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Qazaxıstan   Hərbi-texniki-əməkdaşlıq  


Bizi "telegram"da izləyin