"Taliban"ın hücumu nəticəsində Əfqanıstan TQ-nin 5 üzvü həlak olub

2018/05/19169846_1527072809.jpg
Oxunub: 4097     18:53     23 May 2018    
“Taliban” qiyamçıları Əfqanıstanda həyata keçirdiyi iki fərqli hücumda təhlükəsizlik qüvvələrinin 5 əməkdaşını qətlə yetirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əfqanıstanlı rəsmilər bildirib.

Hücumlar ölkənin Badqis və Qor vilayətlərində baş tutub. Badqisəki hücum nəticəsində 2 polis həlak olub, 4-ü isə yaralanıb. Vilayət şurasının sözçüsü Əbdül Əziz Beqin sözlərinə görə, hücum nəticəsində daha 4 polis isə itkin düşüb.

Qor vilayətində isə polis bölməsinə hücum edilib. Hücum nəticəsində azı 3 polis qətlə yetirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Hücum  


Bizi "telegram"da izləyin