Hindistan HHQ-nin helikopteri qəza enişi edib

2018/05/49868_1527070939.jpg
Oxunub: 3346     18:23     23 May 2018    
Hindistan Hərbi Hava Qüvvələrinin “Cheetah” helikopteri Cəmmu-Kəşmirdə qəza enişi edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə HHQ-nin rəsmiləri bildirib.

Məlumata görə, helikopter gündəlik uçuşunu həyata keçirmək üçün havaya qalxdıqdan qısa müddət sonra təqribən 09:50 radələrində yerə enməli olub.

Qəza zamanı helikopterdə iki ekipaj üzvü və iki sərnişin olub. Onların vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin