Qazaxıstanda hərbi PUA-lar istehsal ediləcək

2018/05/2309-K-310-Qazaxıstan-PUA_1527070709.jpg
Oxunub: 2681     18:17     23 May 2018    
Qazaxıstanda hərbi təyinatlı pilotsuz uçuş aparatlarının istehsalı qaydaya salınacaq.

Ordu.az “Kazinforminformasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, istehsalı nəzərdə tutulan K-310 çoxməqsədli PUA-sı “Қазақстан ғарыш сапары” şirkətində layihələndirilib. PUA bu gün “KADEX-2018” sərgisində nümayiş etdirilib.

“Qazaxıstanda hələ bu tip PUA-lar istehsal edilməyib. K-310-un modeli konvertoplandır. O, havaya şaquli şəkildə qalxmağa, adi kvadrokopter kimi istiqamətlənmiş şəkildə hərəkət etməyə qadirdir”, - deyə məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   PUA   K-310  


Bizi "telegram"da izləyin