Rusiya XİN: Moskva İranın nüvə müqaviləsinin saxlanılması üzrə işi davam etdirəcək

2018/05/1897-Mariya-Zaxarova_1527070132.jpg
Oxunub: 2670     18:08     23 May 2018    
“Rusiya ABŞ-dan başqa İranın nüvə proqramı üzrə müqavilənin bütün tərəflərinin mövqeyini ifadə edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“ABŞ-da Rusiyaya qarşı müşahidə olunan kompaniya İrana qarşı da istifadə edilir. Bu, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının ruhuna uyğun deyil və normal dövlətlərarası münasibətlər çərçivəsini aşır”, - deyə Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, Amerika tərəfi Tehrana qarşı tamamilə yolverilməz şərtlər irəli sürür, lakin buna baxmayaraq Rusiya nüvə müqaviləsinin qüvvədə qalması üzrə fəaliyyətini davam etdirəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin