Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Məhəmməd Bakəri bəyan edib.
“Silahlı Qüvvələrin nümayəndəsi kimi İran xalqının nümayəndələri qarşısında bəyan edirəm ki, bu gün Silahlı Qüvvələr hərbi və döyüş hazırlığının zirvəsindədir və ölkənin müdafiə qabiliyyətinin inkişafı üçün hansısa qüvvələrin icazə və ya təbəssümlərinə ehtiyac duymuruq”, - deyə Bakəri bildirib.
O qeyd edib ki, dünyadakı vəziyyət müdafiə qabiliyyətinin gücləndirilməsini tələb edir və İran bu mühüm detala göz yuma bilməz.
Ağalar Qəribov
Ordu.az