“Admiral Kuznetsov” təmirdən sonra 20 il xidmət edəcək

2018/05/234_1527066125.jpg
Oxunub: 3652     17:57     23 May 2018    
“Rusiyanın “Admiral Kuznetson” ağır aviadaşıyıcı kreyseri xidmətdən sonra hələ 20 il də xidmət edəcək”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov bəyan edib.

“Rusiyanın yeganə avaidaşıyıcısı 30 il öncə tikilib. Təmir çərçivəsində artıq onun bir sıra hissə və mexanizmlərinin yararsız olduğunu bəlli etdik. Bu hissələri dəyişmək lazım olacaq”, - deyə Rəhmanov bildirib.

O qeyd edib ki, aviadaşıcıyı modernləşmədən sonra “Poliment-Redut” uzaqmənzilli raket sistemi ilə təchiz ediləcək. Bu günədək gəminin silahlanmasında yalnız hava hücumundan müdafiə kompleksləri – “Kinjal” və “Kortik” yer alır.

“Gəminin təmiri və təchizatı 60 milyard rubla başa gələcək. Lakin bundan sonra artıq gəmini 20 il istifadə etmək mümkün olacaq”, - deyə Rəhmanov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Admiral-Kuznetson   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin