“Reuters”: İsrail hərbi kabineti iclaslarını yeraltı bunkerdə keçirir

2018/05/345_1527065975.jpeg
Oxunub: 2261     17:34     23 May 2018    
İsrail hərtbi-siyasi kabineti bütün hökumət iclaslarını yeraltı gizli bunkerdə keçirir.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail hökmətindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, İsrail baş naziri Binyamin Netanyahunun başçılığı ilə hərbi-syasi kabinetin iclasları hər həftə keçirilir.

Yer altında yerləşən bunker ilk dəfə 2011-ci ildə istifadə edilib. O, Qüdsdə hökumət kompleksləri altında yerləşir və yaşayış məntəqələri ilə komandan obyektlərindən ibarətdir.

Bunkerdə iclasların başlamasına əsas səbəb, İranla əlaqələrin pisləşməsi göstərilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail-İran   İclas  


Bizi "telegram"da izləyin