Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin bəyan edib.
“Nikolay Platonoviç Astanaya gedib, o, bu gün “KADEX-2018” sərgisinə baş çəkəcək və KTMT Təhlükəsizlik Şurasının katibləri ilə görüşlər keçirəcək. Patruşyev həmçinin təhlükəsizlik üzrə Rusiya-Qazaxıstan münasibətləri müzakirə edəcək”, - deyə Anoşin bildirib.
O qeyd edib ki, Patruşyev sabah KTMT Təhlükəsizlik Şurası katibləri komitəsinin iclasında iştirak edəcək. İclasda KTMT-nin məsuliyyət zonasında kollektiv təhlükəsizliyə qarşı çağırış və təhdidlər müzakirə ediləcək. Xüsusilə terrorizm və ekstremizmə qarşı mübarizəyə dair müzakirə aparılacaq.
Ağalar Qəribov
Ordu.az