İsrail ordusu NATO təlimlərində iştirak edəcək

2018/05/2307_1527062771.jpg
Oxunub: 4392     16:04     23 May 2018    
İsrail Müdafiə Ordusunun bölmələri NATO-nun Polşa və Baltikyanı ölkələrdə keçirilən təlimlərində iştirak edəcəklər.

Ordu.az “Israil Defense” portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Saber Strike 18” adlı təlimlər iyunun 3-dən 15-dək keçiriləcək. Təlimlər Polşa, Litva , Latviya və Estoniyada keçiriləcək.

Təlimlərdə ABŞ, Kanada, Böyük Britaniya da daxil olmaqla 19 ölkədən 18 min hərbi qulluqçu iştirak edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Saber-Strike-18  


Bizi "telegram"da izləyin