Ordu.az Life.ru saytına istinadən xəbər verir ki, bu barədə göstərişi Rusiya müdafiə nazirinin müavini Ruslan Salikov verib.
“Kunaşir adasında həyata keçirilən işlərin nəticəsi olaraq Ruslan Salikov adanın 2018-ci ilin sonuna qədər hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsi barədə qərar verib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, regionda hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
Ağalar Qəribov
Ordu.az