Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığı məlumat yayıb.
Məlumata görə, “USS Milius” adlanan gəmi San-Dieqodan Tokio köfəzində yerləşən Yokosuka şəhərinə üzüb.
Gəmi təkmilləşdirilmiş çoxhədəfli “Aegis” zenit raket kompleksləri ilə təchiz edilib. O cümlədən esminesin silahlanmasında SM-2 raket əleyhinə raketləri də yer alır. Bu raketlər ballistik raketləri bilavasitə onlara dəymək, yəni zərbə nəticəsində ayrılan kinetik enerji vasitəsilə məhv edir.
Ağalar Qəribov
Ordu.az