Ordu.az xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkəti məlumat yayıb.
Məlumata görə, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən və bu gün gün başlayan “KADEX-2018” sərgisində Rusiyanın 11 holdinqi və onların tərkibinə daxil olan 18 şirkəti iştirak edəcək.
“Almaz-Antey” konserni sərgidə S-400 “Triumf”, S-300VM “Antey-2500” və S-300PMU2 “Favorit” uzaqmənzilli raket sistemlərini, “Buk” və “Tor” zenit kompleksləri ailəsini nümayiş etdirəcək.
“Vertolyotı Rosii” şirkəti sərgidə Mi-28NE və Mi-35M zərbə helikopterləri, həmçinin Mi-38T nəqliyyat-desant helikopterini göstərəcək.
O cümlədən Rusiya stendlərində “Karakurt-E” və “Sarsar” kiçik raket gəmiləri, Su-30SM çoxfunksiyalı qırıcısı, Yak-130 təlim-döyüş təyyarəsi və İl-76MD-90A hərbi nəqliyyat təyyarəsi ilə tanış olmaq mümkün olacaq. Sərgidə həmçinin “Orlan-10E” PUA-ları və ixrac versiyası “Orion-E” nümayiş olunacaq.
Ağalar Qəribov
Ordu.az