“Yuri Dolqoruki” “Bulava”larla atışlar keçirib – VİDEO

2018/05/345_1527059879.jpg
Oxunub: 3485     15:17     23 May 2018    
Rusiya hərbçiləri ilk dəfə “Yuri Dolqoruki” sualtı gəmilərində 4 ədəd “Bulava”nın atışını həyata keçiriblər.

Ordu.az Ren.tv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, “Yuri Dolqoruki” sualtı kreyseri “Borey” layihəsinin əsas gəmisidir. Bu tip sualtı gəmilər öz unikallıqları ilə fərqlənir. Onların əsas üstünlüyü buzun altında da atəş aça bilməklərindədir. Buzun bir neçə metr qalınlığa çatdığı Arktikada bu gəmilər əvəzsizdir.

“Bulava” raketi də yalnız indi sınaqlardan keçirilməyə başlasa da, unikaldır. Bu raketlər artıq öz etibarlılıq və döyüş qabliyyətini nümayiş etdirib. Məhz bu səbəbdən yaxın illərdə Rusiya donanmasında bu raketlərin əsas silahlardan birinə çevriləcəyini təxmin etmək olar.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yuri-Dolqoruki   Bulava  


Bizi "telegram"da izləyin