Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırış və Təhdid Məsələləri Şöbəsinin rəhbər müavini Dmitri Feoktistov bəyan edib.
“Rusiya tərəfi amerikalı həmkarlara İŞİD və “Əl-Qaidə” ilə bağlı vəziyyətin cari qiymətləndirməsini təqdim edib, həmçinin bu təşkilatların maliyyələşmə mənbələrini açıqlayıb”, - deyə Feoktistov bildirib.
O qeyd edib ki, İŞİD Suriya və İraqın iri şəhərləri üzərində nəzarəti itirdikdən sonra büdcəsini müxtəlif növ cinayət fəaliyyəti, həmçinin silah, narkotik və insan satışı ilə doldurmağa çalışır.
“Suriyada terrorizmə qarşı aparılan mübarizə çərçivəsində İŞİD-in büdcəsi əhəmiyyətli dərəcə azalıb. Əgər 2014-cü ildə büdcə 1,8 milyard dollara bərabər idisə, hazırda bu göstərici təxminən 400 milyon dollara bərabərdir. O cümlədən sıravi İŞİD üzvlərinin maaşları da 90 faiz azalıb”, - deyə Feoktistov açıqlayıb.
Ağalar Qəribov
Ordu.az