“İsgəndər”lər və tanklar isti şəraitdə işləməyə hazırlanıb

2018/05/23423424_1527058060.jpg
Oxunub: 4191     14:46     23 May 2018    
“Rusiya Cənub Hərb Dairəsinin Krasnodar və Stavropol diyarlarında yerləşən bölmələri bütün hərbi texnikaları yay istifadəsi hazırlığına gətiriblər”.

Ordu.az Life.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.

“Ümumilikdə 4 mindən çox texnika, həmçinin “Tayfun”, “Tiqr”, “Rıs”, “T-72B3 tankları, “Msta-S” artilleriya sistemləri, “Akasiya”lar, “İsgəndər-M” raket kompleksləri yay şəraitində istifadə üçün hazır vəziyyətə gətirilib”, - deyə Astafyev bildirib.

O qeyd edib ki, texniki əməliyyatlara 3 mindən çox hərbi qulluqçu cəlb edilib və onları sırasında sürücü, mexanik və ixtisaslı mütəxəssislər var.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsgəndər   Tayfun   Akasiya   Msta-S  


Bizi "telegram"da izləyin