Nazarbayev: “Müdafiə qabiliyyətinin artırılması Qazaxıstanın prioritetlərindəndir”

2018/05/234_1527057734.jpg
Oxunub: 3392     14:40     23 May 2018    
“Ölkənin müdafiə qabiliyyətinin artırılması Qazaxısatanın prioritetlərindən biridir”.

Ordu.az TASS informasiya agentliyinə istiandən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.

O, bu barədə “KADEX-2018” beynəlxalq sərgisinin açılışında çıxış edərkən bildirib.

“Bildiyiniz kimi, ölkəmiz sülhsevər, uzaq və yaxın qonşularla xoş qonşuluğun möhkəmləndirilməsinə yönələn siyasət aparır. Lakin dünyada mövcud olan hazırkı vəziyyət hər kəsi ölkələrin müdafiə qabiliyyətlərini artırmağa vadar edir. Biz də KTMT çərçivəsində bunu etməyə çalışırıq. Həmçinin Silahlı Qüvvələrin inkişafı dövlətin əsas prioritetlərindən biridir”, - deyə Nazarbayev açıqlayıb.

Qazaxıstan prezidentinin sözlərinə görə, Mərkəzi Asiya regionunda analoqu olmayan “KADEX-2018” beynəlxalq sərgisi də Qazaxıstan odusunun gücləndirilməsinin həyata keçirilməsi alətidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nazarbayev   Qazaxıstan   KADEX-2018  


Bizi "telegram"da izləyin