Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yon Çxan Vaşinqtonda jurnalistlərə bəyan edib.
“Ümid edirik ki, mayın 25-də Amerika-Cənubi Koreya hərbi təlimlərinin bitməsindən sonra Pxenyan tərəfindən təxirə salınan danışıqlar yenidən baş tutacaq”, - deyə Çxan bildirib.
O qeyd edib ki, hazırda Şimali Koreyada gedən proseslər ümumilikdə müsbətdir və bu fonda danışıqları davam etdirmək mühümdür.
Ağalar Qəribov
Ordu.az