Makron Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərqi müzakirə edib

2018/05/234_1527055899.jpg
Oxunub: 3828     14:09     23 May 2018    
Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanla telefon danışığı həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Məlumata görə, danışıqların əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, Yəmən üzrə keçirilək konfrans və Səudiyyə Ərəbistanındakı islahatlar olub.

Qeyd edilir ki, tərəflər regional məsələlər çərçivəsində İranın nüvə müqaviləsi, Suriya və Yəməni müzakirə edib, sülh yolu və danışıqların zəruriliyini vurğulayıblar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin