Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Hezer Nauert bəyan edib.
“Biz belə dəvət almamışıq. Xatırladığım qədərilə yalnız jurnalistlər dəvət edilib. Biz məlumatı gördük və hadisəni işıqlandırmaq üçün jurnalistləri oraya istiqamətləndirdik”, - deyə Nauert bildirib.
O qeyd edib ki, ABŞ Pxenyanın öz nüvə poliqonunu bağlamasını qeyd-şərtsiz dəstəkləyir.
Ağalar Qəribov
Ordu.az