Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bir qədər öncə İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza bölgəsinin şimal hissəsində HƏMAS-ın yeraltı infrastrukturlarına zərbələr endirib, həmçinin HƏMAS-a məxsus iki su hərbi obyektinə zərbələr endirilib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, zərbələr dünən səhər saatlarında bir neçə fələstinlinin İsrail ərazisinə keçərək hərbi postu yandırmasına cavab xarakteri daşıyıb.
Ağalar Qəribov
Ordu.az