Cənubi Koreya İndoneziyanı ikinci sualtı gəmisi ilə təchiz edib

2018/05/33112953_2544115559147930_487945290263822336_n_1527010510.jpg
Oxunub: 3413     01:36     23 May 2018    
İndoneziya Hərbi Dəniz Qüvvələri “Nagapasa” tipli qeyri-atom sualtı gəmisi ilə təchiz edilib.

Ordu.az xarici KİV-lərə əsasən xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, gəmi Cənubi Koreyanın Okpo limanından çıxaraq İndoneziyaya 22 günlük su yolu qət edib. Gəminin donanmaya yaxın həftələrdə qəbul ediləcəyi planlaşdırılır. Sualtı gəmi həm sualtı gəmilər, həm də sualtı qayıqlarla mübarizə üçün tətbiq ediləcək.

Gəminin silahlanmasında 8 ədəd 533 millimetrlik torpeda aparatı yer alır. Onlar vasitəsilə torpeda, mina və raketlərin buraxılışını həyata keçirmək mümkündür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   İndoneziya   Nagapasa  


Bizi "telegram"da izləyin