Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə London mərkəzli beyin mərkəzi “Henry Jackson Cəmiyyəti” bildirib.
Cəmiyyətin bəyanatına görə, Britaniya NATO-nun 2% tələbini yerinə yetirən azsaylı dövlətlərdən olsa da, bu kifayət deyil. Çünki, Britaniyanın Avropa sərhədlərindən kənarda hərbi mövcudluğunu təmin etməsinə ehtiyacı var.
Mərkəzin bəyanatına görə, eyni zamanda hazırda ümumilikdə cəmi 19 esmines və freqatı olan Krallıq donanmasının da gücləndirilməsi zəruridir.
Ağalar Ağalarlı
Ordu.az