Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu məqsədlə ABŞ donanmasının “USS Milius” esminesi Yaponiya sahillərinə yan alıb.
“USS Milius” ABŞ donanmasının ən qabaqcıl idarəolunan raket esminesidir. Gəmi Yokosuka dəniz bazasına gedib.
Ekspertlərin fikrincə sammitə 3 qalmış bu addımın atılması nüvə silahları və ballistik raket proqramından imtinası tələb olunan Şimali Koreyaya hərbi təzyiqin xatırladılması məqsədi daşıyır.
ABŞ donanmasının yaydığı bəyanatda “Milius”un ballistik raketdən müdafiə platforması kimi Hind-Sakit okean regionunda təhlükəsizlik və stabilliyə dəstək verəcəyi qeyd olunub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp nüvəsizləşmə ilə bağlı razılığın əldə edilməsinin uğursuz olması Kim iqtidarının sonunu gətirə biləcəyinə dair xəbərdarlıq edib.
Ağalar Ağalarlı
Ordu.az