Ordu.az xəbər verir ki, bu barədə “Contra Magazin” nəşri üçün ekspert Marko Mayer bildirib.
“Vəziyyətin dəyişilməsi səbəblərindən biri də Ukraynada baş verən proseslər oldu və bununla əlaqədar oalraq Rusiya Qara Dəniz Donanmasının heyətini 15 gəmi ilə genişləndirib. Rusiya prezidenti Vladimir Putinin Soçidə Rusiya Müdafiə Nazirliyi və müdafiə sənayesi kompleksinin nümayəndələri ilə keçirilən görüşlərdə donanmanı Aralıq dənizində daimi əsaslarla saxlamaq istəyini bildirməsi və oradakı gəmilərin “Klabir”lərlə təchiz edilməsi barədə göstərişi vəziyyətin dəyişilməsini sübut edən faktlar kimi qiymətləndirilməlidir”, - deyə ekspert bildirib.
O qeyd edib ki, Rusiya 2018-ci il ərzində Aralıq dənizində Suriyadakı terrorçularla mübarizə üçün 102 ekspedisiyanın həyata keçirilməsini planlaşdırır. Ötən ilin iyul ayında isə mənzil qərargahı Tartusa təsadüf edən Rusiya Hərbi Dəniz Donanmasının qruplaşması yaradıldı və bu, NATO-nun cənub cinahına münasibətdə bufer xarakteri daşıyır.
Həmçinin regionda hərbi dəniz mövcudluğu rasional səbəblərlə izah edilir: Rusiyanın Qara Dəniz Donanması üçün Aralıq dənizi açıq okeana yeganə çıxışdır. Beləliklə, Rusiyanın Yaxın Şərq və Şimali Afriakda artan təsiri fonunda bu, məntiqli addımdır.
“İsətilən halda, Aralıq dənizi artıq “NATO bölgəsi” deyil və burada ABŞ donanması öz daxili sularındakı kimi rahat hərəkət edərək allahlıq iddiasına düşə bilmir. Rusiyanın böyük güc kimi bu regionda öz maraqları və çox güclü donanması var”, - deyə ekspert vurğulayıb.
Ağalar Qəribov
Ordu.az