Ordu.az “Jane's” nəşrinə istinadən xəbər verir ki, bu barədə Portuqaliya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, freqat üzərində işlər Hollandiyanın Den-Helder tərsanəsində həyata keçiriləcək. İşlər may ayında başlamaqla 2019-cu ilin sonuna qədər davam edəcək.
“Bartolomeu Diaş”ın sıraya qayıtmasından sonra analoji tipli “Fransisko de Almeyda” freqatı da modernləşdirilmək üçün Hollandiyaya göndəriləcək. Gəminin 2021-ci ilin dekabrında donanmaya təhvil verilməsi planlaşdırılır.
Ağalar Qəribov
Ordu.az