Britaniya Banqladeşi iki hərbi nəqliyyat təyyarəsi ilə təchiz edib

2018/05/2345235_1526995041.jpg
Oxunub: 1676     22:37     22 May 2018    
Banqladeş Böyük Britaniyadan iki ədəd C-130J “Super Hercules” hərbi nəqliyat təyyarəsi alıb.

Ordu.az “Jane's Defence Weekly” nəşrinə istinadən xəbər verir ki, bu barədə Banqladeş Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında “Super Hercules” təyyarələrinə dair müqavilə 10 may 2018-ci il tarixdə imzalanıb. Müqavilənin qiyməti və digər detallar isə açıqlanmır.

Qeyd edək ki, hazırda Banqladeş Hərbi Hava Qüvvələrinin silahlanmasında 4 ədəd J-130C “Super Hercules” təyyarəsi yer almaqdadır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Banqlades   Super-Hercules  


Bizi "telegram"da izləyin