Çində Z-19E helikopterinin növbəti sınaqları başa çatıb

2018/05/78978_1526994730.jpg
Oxunub: 4017     21:11     22 May 2018    
Martın 29-dan başlayan 40 günlük testlər çərçivəsində Z-19E zərbə helikopteri yüksək manevrlilik nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə helikopteri istehsal edən AVIC şirkəti məlumat yayıb.

Məlumata görə, sınaqlar özlərinə “hava-hava” tipli, idarəolunan və idarəolunmayan “hava-yer”, həmçinin aviasiya topundan atəşi daxil edib. Helikopterin silahlanması ilə bağlı detallar açıqlanmır.

Sınaqlar çərçivəsində həmçinin silah və atəşin idarə edilməsi sistemlərinin inteqrasiya aspektlərini müqayisə edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Z-19E  


Bizi "telegram"da izləyin