Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri naziri Hizer Uilson bəyan edib.
“JSTARS radar sistemlərinin ən son modifikasiyalarla təchiz edilmiş Amerika təyyarələri belə Rusiya ilə münaqişə halında faydasız olacaq”, - deyə Uilson bildirib.
O qeyd edib ki, Rusiyanın yer-hava tipli raketləri xüsusilə böyü uçuş məsafəsinə malikdir, bu isə onları asanlıqla vurmağa imkan verəcək.
“Birləşmiş Ştatlar Rusiya raketlərini qeydə ala biləcək yeni radar sistemlərinin istehsalına 7 milyard dollar vəsait xərcləyəcək”, - deyə Uilson açıqlayıb.
Ağalar Qəribov
Ordu.az