“Vertolyotı Rossii” “Kadex-2018”də Mi-28NE və Mi-35M-ləri təqdim edəcək

2018/05/34534_1526993007.jpg
Oxunub: 3415     20:41     22 May 2018    
“Vertolyotı Rossii” holdinqi Qazaxıstanda keçiriləcək “KADEX-2018” təlimlərində yeni helikopter nümunələrini təqdim edəcək”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Vertolyotı Rossii” holdinqinin mətbuat xidməti məlumat yayıb.

“Holdinqin ekspozisiyasında Mi-28NE və Mi-35M zərbə helikopterləri, həmçinin Mi-38T nəqliyyat-desant helikopterləri təqdim ediləcək”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, sərgidə həmçinin artıq satılan helikopterlərin texniki qulluğu məsələsi də müzakirə ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kadex-2018   Mi-35M  


Bizi "telegram"da izləyin